Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında dörd medal qazanıblar.
İdmanxeber.az-ın məlumatına görə, Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.