RU

Slovakiya Baş naziri Qərbi ittiham etdi: “Onlar Ukraynada müharibənin bitməsini istəmir”

Slovakiyanın Baş naziri Robert Fitso Qərb ölkələrini Ukraynada müharibənin uzanmasında maraqlı olmaqda ittiham edib. Onun sözlərinə görə, məhz bu səbəbdən bir çox Qərb dövləti Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara razı deyil.

Musavat.com xəbər verir ki, Fitso bu fikirləri çıxışı zamanı səsləndirib:
“Bir çox Qərb ölkəsi Ukraynadakı müharibənin davam etməsini istəyir. Bu səbəbdən Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara qarşı çıxırlar. Mən inanıram ki, bu yanaşma zamanla dəyişəcək”.

Baş nazirin bu bəyanatı beynəlxalq aləmdə ciddi rezonansa səbəb olub. Fitso əvvəllər də Qərbin Ukrayna siyasətini tənqid edib, münaqişənin diplomatik yollarla həllinə üstünlük verilməsini müdafiə etdiyini vurğulayıb.

Qeyd edək ki, Slovakiya rəhbəri daha əvvəl Ukraynaya silah yardımına qarşı çıxmış və öz ölkəsinin neytral mövqe tutmasının vacibliyini bildirmişdi.

Musavat.com

Избранный
0
50
musavat.com

10Источники