RU

Bu gün keçirilən imtahanların nəticələri yaxın 4 həftə ərzində elan olunacaq

​BAKI, 11 may. TELEQRAF

Mayın 11-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, mayın 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq:

"İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur".

Избранный
0
1
teleqraf.com

3Источники