Bakı. Trend:
İtaliyalı tennisçi Yannik Sinner, Romada keçirilən ATP "Masters"turnirinin ikinci turunda argentinalı Mariano Navoneni məğlubedərək uğurlu geri dönüş edib.
Trend xəbər verirki, dopinqə görə diskvalifikasiyadan sonra bu, Sinnerin ilk rəsmigörüşü olub. Oyun 6:3, 6:4 hesabı ilə dünya reytinqinin birincisiSinnerin xeyrinə başa çatıb.
23 yaşlı Sinner növbəti mərhələdə hollandiyalı Yesper de Yonqilə qarşılaşacaq. İtaliyalı tennisçi 2024-cü ilin iyun ayındanetibarən ATP reytinqinə başçılıq edir. O, bu vaxta qədər ATP-nintəşkil etdiyi 19 turnirin qalibi, eləcə də üçqat “Böyük Dəbilqə”çempionudur: Avstraliya Açıq (2024, 2025) və ABŞ Açıq (2024).2023-cü ildə isə İtaliya yığması ilə birlikdə Devis Kubokunuqazanıb.
24 yaşlı Navone hazırda ATP reytinqində 99-cu pillədə qərarlaşıbvə bu günə qədər ATP turnirlərində qələbə qazana bilməyib. O,həmçinin heç bir “Böyük Dəbilqə” turnirinin ikinci raundunukeçməyib.
Roma turniri nüfuzuna görə yalnız “Böyük Dəbilqə” və ATPFinallarından geri qalır və tennis dünyasının ən mühümyarışlarından biri hesab olunur.