RU

Selçuk İnan “Qaziantep”lə vidalaşdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” komandasının baş məşqçisi Selçuk İnan istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyəli məşqçi öz istəyi ilə postundan ayrılıb.

Xatırladaq ki, Selçuk İnan 2024-cü ilin mayından Qaziantep klubunu çalışdırırdı. O, bu komandanı bütövlükdə 48 oyuna çıxarıb. Qazianteplilər bu görüşlərdə 20 qələbə qazanıblar, 7 heç-heçə və 21 məğlubiyyət görüblər.

“Qaziantep” gənc mütəxəssisin rəhbərliyi altında Türkiyə Super Liqasının cari mövsümündə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib. Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşmiş komanda hazırda 42 xalla 12-ci pillədə qərarlaşıb.

Избранный
0
arena.az

1Источники