RU

Putin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?

...Yenə də, mən yox,.. amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb.

...Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.

Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər.

Ona görə də Kremlin rəhbəri Putin mayın 9-da keçirilən paradda çıxışı zamanı Ukraynaya qarşı müharibə haqqında heç nə deməyib, yalnız Rusiya qonşu dövlətin ərazisində döyüşən işğalçıları “dəstəkləyir”..?

SİA-nın məlumatına görə, dedim axı bunu mən yox, Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd ediblər.

...Analitiklər qeyd ediblər ki, Ukrayna hərbçiləri Qərb tərəfdaşlarının dəstəyi ilə Rusiya işğalçılarına Kremlin bəyan etdiyi vahid “məqsəd”ə nail olmağa imkan verməyib.

Buna görə də, paraddakı çıxışı zamanı Putin qondarma “xüsusi hərbi əməliyyat” haqqında yalnız ümumi ifadələrlə məhdudlaşmalı olub.

Axı rusların sadəcə olaraq öyünəcək nailiyyətləri olmayıb. …Rusiya qüvvələri 2024-cü ilin fevralında Avdeevkanın ələ keçirilməsindən sonra Ukraynada heç bir mühüm şəhəri ələ keçirməyib və 2024-cü ilin dekabrından Rusiya qüvvələrinin Ukraynada ələ keçirdiyi yeganə orta yaşayış məntəqəsi Velika Novosilkadır (müharibədən əvvəlki əhali 5000 nəfər).

Bunu Amerika Müharibənin Öyrənilməsi İnstitutu qeyd edib.

Analitiklər xatırladıblar ki, hələ Moskvadakı paraddan əvvəl KİV-də rusların Pokrovsk, Çasov Yar, Toretsk, eləcə də Luqansk vilayətinin işğal olunmamış hissəsini, Donetsk vilayətində isə Dnepropetrovsk vilayəti ilə inzibati sərhədə çatmağa cəhd etdikləri barədə məlumatlar yayılmışdı.

Bunun üçün ruslara mayın 9-dək müddət verildiyi qeyd edilib. Lakin ruslar bu müddətə əməl etməyliblər...edə bilməyiblər?

...Amerika Müharibənin Öyrənilməsi İnstitutu əmin olduğunu bildirib ki, Ukrayna uzaq məsafədən zərbələr və taktiki dron əməliyyatlarının müdafiə əməliyyatları və əks-hücumlarla təkmilləşdirilmiş inteqrasiyası sayəsində rus işğalçılarının irəliləməsini ləngitməyə, hətta bəzən tamamilə dayandıra bilib.

...Ukraynanın ukraynalı innovatorlar və dron operatorlarının quru qoşunları ilə uğurlu inteqrasiyası, görünür, 2024-cü ildə və 2025-ci ilin əvvəllərində Rusiyanın Pokrovsk və Toretskdə irəliləyişini dayandırıb. Ukraynanın Rusiyanın silah-sursat anbarlarına, müdafiə sənayesi obyektlərinə və neft-qaz infrastrukturuna uzun mənzilli zərbələr endirməsi bəzən Rusiyanın cəbhə bölgəsindəki qoşunları təchiz etmək qabiliyyətini sarsıtdı və Rusiyanın Ukraynaya qarşı müharibəsinin artan xərclərini daha da artırıb..?

Bunu da Amerika Müharibənin Öyrənilməsi İnstitutu bildirib.

Əli Babayev

Избранный
0
1
sia.az

2Источники