RU

MİT İstanbulda kibercasusluğa qarşı əməliyyat keçirib

BAKI, TurkicWorld

Türkiyədə MİT və Polisin kibercasusluğa qarşı əməliyyatı zamanı 7 xarici vətəndaş həbs edilib.

TurkicWorld xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində kibercasusluq fəaliyyəti ilə məşğul olan şəbəkə zərərsizləşdirilib.

Şəbəkə üzvləri saxta baza stansiyası quraraq vətəndaşların şəxsi və maliyyə məlumatlarını ələ keçirmək məqsədilə korporativ kimlikləri təqlid ediblər.

Əməliyyat zamanı 7 xarici ölkə vətəndaşı cinayət başında yaxalanaraq saxlanılıb. Onlar çıxarıldıqları məhkəmənin qərarı ilə həbs ediliblər.

Qeyd edək ki, kibercasusluq şəbəkəsinin fəaliyyəti texnoloji vasitələrlə vətəndaşların məlumatlarının oğurlanmasına yönəlib və dövlət orqanları bu kimi hallara qarşı sıx əməkdaşlıq şəraitində mübarizə aparır.

Избранный
0
turkic.world

1Источники