RU

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi hər zaman böyük iftixarla xatırlayacaq

Bakı. Trend:

Tarixdən də məlum olduğu kimi, bir çox dövlətlərin vəxalqların taleyində görkəmli şəxsiyyətlər və siyasi liderlər böyükrol oynayıblar. Xalqımızın Ümummilli Lideri, müasir və müstəqilAzərbaycan dövlətinin qurucusu Heydər Əliyev də beləşəxsiyyətlərdəndir. Heydər Əliyev görkəmli dövlət və siyasi xadimolaraq respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə üzərinədüşən missiyaları uğurla yerinə yetirmiş, respublikamızıninkişafını, dövlətçiliyimizin və müstəqilliyimizin əbədi olmasınıqətiyyətlə təmin etmişdir.

May ayının 10-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümütamam olur. Bu günlərdə hər birimiz Heydər Əliyevin dövlətimiz vəxalqımız qarşısındakı misilsiz və tarixi xidmətlərinə bir dahanəzər yetirməklə, həm də böyük şəxsiyyətin xatirəsinə öz dərinehtiramımızı bildiririk.

Ulu Öndər Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmiş vəbunların hər biri tariximizə qızıl hərflərlə həkk olunmuşdur. İlkdəfə 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edən HeydərƏliyev bu dövrdə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrarrespublikasından inkişaf etmiş sənaye respublikasına çevirmiş,cəmiyyət həyatının bütün sahələrində yüksəlişə nail olmuşdur. Oillərdə məhz Heydər Əliyevin təşəbbüsləri ilə respublikamızda yenimaşınqayırma, kimya, neft-kimyası, yüngül sənaye, metallurgiya,yeyinti, emal müəssisələri inşa olunmuş, o cümlədən bir sırastrateji əhəmiyyətli istehsal sahələri yaradılmışdı. Bununla HeydərƏliyev Azərbaycanın həm də iqtisadi müstəqilliyi üçün etibarlızəmin formalaşdırmışdı. Təsadüfi deyil ki, 70-80-ci illərində UluÖndərin rəhbərliyi ilə yaradılan iqtisadi imkanlar müstəqilillərində xalqımıza xidmət etmişdir.

O illərdə xalqımızın milli-mədəni yüksəlişi də Heydər Əliyevinadı ilə bağlı olub. Sovet ideoloji tələblərinin hakim olduğu birşəraitdə Ulu Öndərin böyük cəsarətlə həyata keçirdiyi tədbirlərxalqımızın milli özünüdərkini daha da gücləndirmiş, milli-mənəvidəyərlərimizin, irsimizin itirilməsinin qarşısını almışdı. Eynizamanda Heydər Əliyev milli baxışlarına görə təqib olunanziyalıları da cəsarətlə qorumuş, onların həbs olunmalarına imkanverməmişdi. «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyevİli” elan edilməsi haqqında» Prezident İlham Əliyevin sərəncamındaUlu Öndərin ölkəmizə birinci rəhbərliyi ilə bağlı bunlar qeydolunub: «Azərbaycan Respublikasında 2023-cü ilin “HeydərƏliyev İli” elan edilməsi haqqında» Prezident İlham Əliyevinsərəncamında Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi ilə bağlıdeyilir: «Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevözünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksəkvətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları iləçox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki vəmədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdədəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdəüstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuqsalnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqınyaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşınbərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milliruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökəqayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yoluntəməl daşına çevrilmişdir».

Azərbaycanın sosial-iqtisadi inkişafının, ittifaq miqyasındaqabaqcıllar sırasına yüksəlməsinin nəticəsi idi ki, Heydər Əliyev1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyinolundu. Bu vəzifədə çalışdığı illərdə də xalqımızın dahi oğluAzərbaycanın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzindəsaxlamış, bunun üçün əlindən gələni etmişdir.

1993-cü ilin ağır, keşməkeşli günləri çoxumuzun yadındadır.Ölkədəki dərin siyasi böhran, vətəndaş qarşıdurmasının böyüməsi,Ermənistanın işğalçılıq planlarının genişlənməsi, xarici qüvvələrtərəfindən separatçılığa rəvac verilməsi Azərbaycanınmüstəqilliyini və bir dövlət olaraq gələcək taleyini sual altındaqoymuşdu. Hakimiyyətdə olan siyasi qruplar isə respublikamızısaldıqları acınacaqlı vəziyyətdən xilas etmək iqtidarındadeyildilər. 1993-cü ilin iyununda Gəncədə baş verən qardaşqırğınından sonra xalqımızın təkidlə Ulu Öndər Heydər ƏliyeviBakıya çağırması Azərbaycan dövlətçiliyinin yaşaması, kövrək olanmüstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalqqərarı idi. Çünki bütün xalq inanırdı ki, ölkəni düşdüyü böhranlıvəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilər. Məhz həmin gərginvaxtda Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi tariximizin dönüşnöqtəsi oldu. Ulu Öndərin müdrikliyi sayəsində vətəndaşqarşıdurmasının, qardaş qırğınının qarşısı alındı. Beləliklə,Azərbaycan xalqı qarşısında növbəti tarixi missiyasını qətiyyətləyerinə yetirən Heydər Əliyev müstəqilliyimizi xilas etdi, ölkəmiziparçalanmaqdan qorudu. Həmin dövrdə baş verənləri təhlil edəndə birdaha görürük ki, yalnız Heydər Əliyev kimi bir şəxsiyyətrespublikamızı xilas edə bilərdi.

Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliketdiyi illərdə dövlətçiliyimizin etibarlı təməlləri yaradıldı.Hüquqi dövlət quruculuğunun, iqtisadi və aqrar islahatların həyatakeçirilməsinin, «Əsrin müqavilə»sinin imzalanması ilə Azərbaycanıngələcək inkişafının etibarlı əsasları formalaşdırıldı. Dahişəxsiyyət Azərbaycanın qüdrətlənməsi üçün respublikamızın malikolduğu bütün imkanları səmərəli səfərbər etdi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyükxidmətlərindən biri də cənab İlham Əliyevin şəxsində Azərbaycanındaha da inkişafını təmin edən bilən layiqli siyasi davamçısınımüəyyənləşdirməsidir. Ulu Öndər Azərbaycan xalqına son müraciətindəİlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərəkdemişdir:

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklüməsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlhamƏliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram vəgələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanıninkişafı, tarixinin ən qüdrətli dövlətinə çevrilməsi Ulu ÖndərHeydər Əliyevin nə qədər müdrik və uzaqgörən şəxsiyyət olduğunutəsdiq edir. Azərbaycanın dünya birliyinin nüfuzlu üzvünə vəregionda aparıcı dövlətə çevrilməsi, iqtisadi inkişafı, kosmikkluba daxil olması, qlobal enerji təhlükəsizliyi məsələlərində sözsahibi kimi çıxış etməsi və digər uğurlarımız Prezident İlhamƏliyevin yürütdüyü yüksəliş siyasətinin və Heydər Əliyevideyalarının təntənəsidir.

Azərbaycanın müasir tarixinin ən böyük hadisəsi heç şübhəsiz ki,torpaqlarımızın işğaldan azad olunması, ərazilərimizdə erməniseparatçılığına son qoyulmasıdır. Vətən müharibəsindəki zəfərimizinvə bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təminedilməsinin baş memarı olan möhtərəm Prezident İlham Əliyev bununlahəm də Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi, atavəsiyyətini layiqincə yerinə yetirdi.

Ümummilli Lider Heydər Əliyevin ruhu rahatdır. Çünki yaratdığı,qurduğu Azərbaycan onun müəyyən etdiyi yolla inkişaf edir və dahaqüdrətli gələcəyinə doğru inamla addımlayır. Prezident İlhamƏliyevin rəhbərliyi ilə dövlətimizin əldə etdiyi hər uğur bir dahatəsdiq edir ki, Heydər Əliyev siyasəti Azərbaycanın yüksəlişininetibarlı təminatıdır.

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevihər zaman böyük iftixar hissi ilə xatırlayacaq, əzizxatirəsini böyük ehtiramla yad edəcək. Ulu Öndər bütünazərbaycanlılarının qəlbində əbədi yaşayacaqdır.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
0
3
az.trend.az

4Источники