RU

Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb

Tərtərdə yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində olub.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “Toyota” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes”də olan Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və onların həmkəndliləri  “Toyota” markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
6
anews.az

10Источники