RU

İran nüvə silahından imtina edib – Uitkoff

  ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, İran tərəfi ABŞ-a nüvə silahına sahib olmaq niyyətində olmadığını bildirib.

Uitkoff bu barədə “Breitbart News” portalına müsahibəsində danışıb.

“Biz öz mövqeyimizi ortaya qoyduq: İranın atom bombası ola bilməz. Onlar isə cavab olaraq bildirdilər ki, belə bir istəkləri yoxdur”, – o deyib.

Qeyd edək ki, Tehranla Vaşinqton arasında nüvə məsələləri üzrə dolayı danışıqlar hazırda Oman vasitəçiliyi ilə davam etdirilir./globalinfo.az   

Избранный
0
referans.az

1Источники