RU

Arda İspaniya nəhəngində işləmək istəyir -

Ukraynanın "Şaxtyor Donetsk" komandası “Eyüpspor” klubunun məşqçisi Arda Turana təklif göndərib. Metbuat.az xəbər verir ki, bu barədə “Eyüpspor” klubunun prezidenti Murat Özkaya məlumat verib. Qeyd edək ki, bundan əvvəl "Şaxtyor Donetsk" komandasının rəsmiləri ilə Arda Turanın Londonda görüşdüyünə dair iddialar ortaya atılmışdı. Məlumata görə, danışıqlar məhsuldar keçib və Arda "Şaxtyor Donetsk"ə keçməyə etiraz etməyib. Həmçinin, bəzi mənbələr iddia edir ki, Arda Turan Dieqo Simeonenin gedişindən sonra “Atletiko Madrid”ə rəhbərlik etmək istəyir.

Qeyd edək ki, “Eyüpspor” Arda Turanın rəhbərliyi altında 2-ci liqada çempionluq əldə edərək, 1-ci liqaya yüksəlib. Bundan əvvəl Arda Turanın adı İtaliya klubu ilə hallanmışdı.

Избранный
0
metbuat.az

1Источники