RU

Medvedev Rusiyanın düşmənlərini faşistlərin övladları adlandırıb

Rusiyanın indiki düşmənləri faşistlərin və onların əlaltılarının nəsilləridir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qələbənin 80 illiyi münasibətilə video təbriki zamanı deyib.

“Biz 80 il əvvəl nasistləri darmadağın etdik və bunu yenidən etməyə hazırıq. Böyük Vətən Müharibəsi əsgərlərinin şücaətini xatırlayaraq bilirik ki, həqiqət bizim tərəfimizdədir. “Və bu, tezliklə yekun qələbə deməkdir”, – siyasətçi vurğulayıb.

Medvedev vurğulayıb ki, 1945-ci ilin zəfərli mayının xatirəsi bütün rusları birləşdirir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini çıxışının sonunda veteranlara, ön cəbhədə olan əsgərlərə, cəbhəçilərə dəstək olanlara, bütün ölkə vətəndaşlarına cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıb.

Избранный
0
nocomment.az

1Источники