Fövqəladə Hallar Nazirliyi Bərdədə çayda batan şəxslə bağlı məlumat yayıb.
APA nazirliyin saytına istinadən xəbər verir ki, “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - məlumatda deyilir.
***
17:53
Tərtər çayında batan yeniyetmənin meyiti FHN-nın dalğıcları tərəfindən aşkar edilərək sudan çıxarılıb.
APA-nın yerli bürosu xəbər verir ki, meyit aidiyyəti üzrə təhvil verilib
***
17:40
Bərdədə yeniyetmə çayda boğulub.
APA-nın yerli bürosu xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub.
Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.
