AZ

Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğuldu - YENİLƏNİB

Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini Tərtər çayında boğulub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ağdam rayon Dörd yol qəsəbə sakini, 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində çaya yıxılaraq boğulub.

Ə.Fərəcov Tərtər çayın sahilinə yaxın ərazidə yerləşən şadlıq saraylarından birində təşkil edilən toya gəlibmiş.

Yeniyetmənin cansız bədəni FHN dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***17:45

Bərdədə yeniyetmə çayda boğulub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub.

Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.

Elgün Gəncimsoy, Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr