RU

Marko Rossi 2030-cu ilədək Macarıstan millisində!

Əslən İtaliyadan olan macarıstanlı futbol mütəxəssisi Marko Rossi Macarıstan milli komandası ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Rossinin ən azı 2030-cu ilin yayına qədər Macarıstan milli komandasını çalışdırmağa davam edəcəyi diqqətə çatdırılıb. Onun əvvəlki müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi.

Marko Rossi 2018-ci ilin iyun ayından Macarıstan milli komandasına rəhbərlik edir. 60 yaşlı mütəxəssis bu komandanı indiyə qədər bütövlükdə 74 oyuna çıxarıb. Bu görüşlərdə 34 qələbəyə sevinmiş macarlar 17 heç-heçə və 23 məğlubiyyət də görüblər. Top fərqi isə belədir – 99:87.

Futbolçu karyerasını bitirdikdən sonra vətənində tanınmamış komandalarla (“Lumezzane”, “Pro Patria Kalçio”, “Spetsiya Kalçio”, “Skafetese”, “Çavese”) işləmiş Rossi, daha sonra Macarıstana köçüb. O, burada 5 il (kiçik bir fasilə ilə) “Honved” komandasına rəhbərlik edib. “Honved” onun dövründə 23 ildən sonra ilk çempionluğunu qazanıb. 2017/2018 mövsümündə isə Rossi “Dunayska Streda”ya rəhbərlik edib.

Избранный
0
arena.az

1Источники