RU

Riçarlison "Everton"a qayıda bilər

"Everton" sabiq hücumçusunu yenidən transfer etmək istəyir.

"Tottenhem"in hücumçusu Riçarlison yayda klubunu dəyişə bilər.

Operativ Media "Sky Sports"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Everton"a qayıda bilər. Braziliyalı hücumçunu baş məşqçi David Moyes komandasında görmək istəyir.

Riçarlison 2018-2022-ci illərdə “Everton”da çıxış edib. Daha sonra “Tottenhem”ə keçib. Bu mövsüm forvard bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir

Избранный
0
40
operativmedia.az

10Источники