AZ

Ceymi Karrager: “Trent Aleksander-Arnold “Real”a görə…”

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager “qırmızılar”ın 26 yaşlı sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun ayrılıq qərarını şərh edib.

Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager Aleksander-Arnoldun “Real”a keçidi ilə bağlı məsələyə toxunub.

“Trent hazırda malik olduğunu – “Liverpul” azarkeşlərinin sevgisini itirəcək. Amma futbolçu azarkeşlərini rəyinə fikir verməyə bilər. Axı bu, onun karyerasıdır, onun isə bircə fürsəti var. Düşünmürəm ki, kimsə “Real”ın böyük klub olduğunu dana bilər. Trent “Real”a görə azarkeşlərin məhəbbətini qurban verdi”, deyə Ceymi Karrager vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Aleksander-Arnold cari mövsümün başa çatması ilə “Liverpul”dan ayrıcağını açıqlayıb, futbolçunun “Real”la müqavilə razılaşdırdığı haqda məlumat var.

Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “qırmızılar”ın əsas komandasında çıxış edir.

İngilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Trent Aleksander-Arnoldun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 352 oyun, 23 qol və 92 məhsuldar ötürmədən ibarətdir.

Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020, 2024/2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.

Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 33 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
1
arena.az

5Mənbələr