RU

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bir ədəd televizor və bir ədəd kondisioner yanıb.

 

Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
0
9
sfera.az

10Источники