RU

9 May qələbəsinin 80 illiyinə həsr olunmuş parad başladı – CANLI

Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parad başlayıb. Qızıl Meydandakı paradda 11 mindən çox hərbçi, o cümlədən 1,5 min xüsusi təyinatlı hərbçi iştirak edir.
 
Rusiya hərbçiləri artıq öz mövqelərini tutublar. Rusiya lideri Vladimir Putin kürsüdə xarici liderlərin və Böyük Vətən Müharibəsi veteranlarının yanında əyləşib.
 
Qeyd edək ki, parad iki saata yaxın davam edəcək. Ondan əvvəl parad maşınları Moskva küçələrinə gələcək. 
 
Bundan əvvəl Putin bildirmişdi ki, mayın 9-da Moskvada Çin qoşunlarının paradı istənilən xarici qüvvələr arasında ən böyük parad olacaq.
 

 

Избранный
0
moderator.az

1Источники