RU

"Sabah" turun açılış oyununda "Şamaxı"nı qəbul edəcək

Futbol üzrə Misli Premyer Liqasında XXXIV tura bu gün start veriləcək. SİA xəbər verir ki, günün yeganə oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.

“Bank Respublika Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt klubu 41 xalla beşinci, bölgə təmsilçisi 36 xalla yeddinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

9 may

19:00. “Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Asif Əliyev.

“Bank Respublika Arena”

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Избранный
0
9
sia.az

10Источники