Futbol üzrə Misli Premyer Liqasının XXXIV turuna bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, turun açılış matçında "Sabah" komandası "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 19:00-da "Bank Respublika Arena"da keçiriləcək.
Hazırda turnir cədvəlində "Sabah" 41 xalla beşinci, "Şamaxı" isə 36 xalla yeddinci pillədə qərarlaşıb.
Görüşün hakimləri: baş hakim – Fərid Hacıyev, yan xətt hakimləri – Vüsal Məmmədov və Zöhrab Abbasov, dördüncü hakim – Əkbər Əhmədov.
Oyunda VAR sisteminə Rəvan Həmzəzadə, AVAR-a isə Müslüm Əliyev nəzarət edəcək. Hakim-inspektor Rəhim Həsənov, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.
Qeyd edək ki, XXXIV turun oyunlarına mayın 11-də yekun vurulacaq.