Bakı. Trend:
“Robinhood Markets” şirkəti Avropadakı pərakəndə investorlarüçün ABŞ-da buraxılan tokenləşdirilmiş qiymətli kağızlarla ticarətimkanı yaradacaq yeni blokçeyn əsaslı platforma üzərindəişləyir.
Trend-inməlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Məlumata əsasən, layihə çərçivəsində səhmlər kimi maliyyəalətlərini təmsil edən tokenlərin buraxılması planlaşdırılır. Butokenlər paylanmış reyestr texnologiyası əsasında yaradılacaq.
Şirkət Arbitrum və Solana kimi blokçeyn şəbəkələri iləəməkdaşlıq imkanlarını nəzərdən keçirir, lakin hələlik yekun qərarqəbul olunmayıb. Partnyorlarla danışıqlar davam edir, ancaq mümkünrazılaşmaların detalları ictimaiyyətə açıqlanmır. Robinhood,Arbitrum və Solana nümayəndələri bu təşəbbüslə bağlı hər hansırəsmi şərh verməyiblər.
Analitiklərin fikrincə, aktivlərin tokenləşdirilməsinə maraqartır, çünki maliyyə institutları xərcləri azaltmağa və prosesləridaha şəffaf etməyə çalışırlar. Qlobal Maliyyə BazarıAssosiasiyasının (GFMA) hesablamalarına görə, paylanmış reyestrtexnologiyasının tətbiqi klirinq və hesablaşma əməliyyatlarındaillik təxminən 20 milyard dollar qənaət etməyə imkan verəbilər.