RU

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

Bu gün UEFA Konfrans Liqasında finalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, yarımfinalın cavab oyunları İngiltərə və İtaliyada keçirilib.

"Betis" öz meydanında yendiyi (2:1) "Fiorentina" ilə səfərdə əlavə vaxtda da döyüşüb. İspaniya komandası 97-ci dəqiqədə vurduğu qolla bərabərliyə nail olaraq adını finala yazdırıb. “Çelsi” isə qonaq qismində 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i İngiltərədə tək qolla üstələyib.

Beləliklə, həlledici matçda "Çelsi" ilə "Betis" qarşılaşacaqlar.

Qeyd edək ki, UEFA Konfrans Liqasının finalı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.

UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may

“Fiorentina” (İtaliya) “Betis” (İspaniya) 2:2
Qollar: Qosens, 34; 42 – Antoni, 30. Ezzalzuli, 97.
İlk oyun – 1:2.

“Çelsi” (İngiltərə) “Yurqorden” (İsveç) 1:0
Qol: Dyusberi-Holl, 38.
İlk oyun – 4:1.

Избранный
0
10
fanat.az

10Источники