BAKI. 9 may. TELEQRAF
UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün finalçıları müəyyənləşib.
Teleqraf xəbər verir ki, mayın 28-də Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda təşkil olunacaq görüşdə İspaniyanın "Betis" və İngiltərənin "Çelsi" komandaları üz-üzə gələcək.
Yarımfinal mərhələsində "Betis" öz meydanında 2:1 hesabı ilə yendiyi "Fiorentina"ya İtaliyadakı cavab görüşünün əsas vaxtında eyni hesabla uduzub. Lakin İspaniya təmsilçisi əlavə vaxtda daha bir qol vuraraq, 2:2 hesablı heç-heçə sayəsində adını finala yazdırıb.
"Çelsi" isə İsveçdə 4:1 hesabı ilə məğlub etdiyi "Yurqorden"ə öz meydanında minimal hesabla qalib gəlib - 1:0.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. “Fiorentina” (İtaliya) – “Real Betis” (İspaniya) - 2:1 (ƏSAS VAXT - 2:1, ƏLAVƏ VAXT - 0:1)
Qollar: Robin Qosens, 34; 42 - Antoni, 30. Abdessamad Ezzalzuli, 97
İlk oyun: 1:2
23:00. “Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç) - 1:0
Qol: Kirnan Düzberi-Holl, 38
İlk oyun: 4:1