RU

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

Çempionlar Liqasının ardından UEFA Avropa Liqasında da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşib.

Evdə yendiyi “Budyo Qlimt”i səfərdə də inamla üstələyən “Tottenhem” adını finala yazdırıb. “Mançester Yunayted” isə “Atletik”i "Old Trafford"da darmadağın edərək Bilbaodakı 3:0-ın təsadüfi olmadığını isbatlayıb.

Beləliklə, finalda “Tottenhem”lə “Mançester Yunayetd” üz-üzə gələcəklər. Həlledici görüş mayın 21-də Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.

Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
8 may

“Budyo Qlimt” (Norveç) “Tottenhem” (İngiltərə) 0:2
Qollar: Solanke, 63. Porro, 69.
İlk oyun – 1:3.

“Mançester Yunayted” (İngiltərə) Atletik” (İspaniya) 4:1
Qollar: Maunt, 72; 90+1. Kazemiro, 80. Höylund, 85 – Xaureqisar, 31.
İlk oyun – 3:0.

 

Избранный
0
fanat.az

1Источники