RU

Avropa Liqası: “Mançester Yunayted” və “Tottenhem” finalda qarşılaşacaq

Quba, 9 may, AZƏRTAC

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Budyo Qlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasına 0:2 hesabı ilə uduzub. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini 4:1 hesabı ilə məğlub edib.

İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2

İlk oyun - 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 4:1

İlk oyun - 3:0.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Избранный
0
8
azertag.az

10Источники