UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.
“Paralel.az ” xəbər verir ki, yarışın yarımfinalında “Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.
Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.