Bu gün futbol üzrə UEFA Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün finalçıları müəyyənləşiblər.
Arena.az xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə eyni saatda start verilib.
Norveçin “Bodo Qlimt” komandası evdə İngiltərə təmsilçisi “Tottenhem”lə üz-üzə gəlib. İngilislər doğma meydanda baş tutmuş ilk oyunda 3:1 hesablı inamlı qələbəyə sevinmişdilər. Səfərdə də inamlı qələbə qazanmış İngiltərə təmsilçisi finala yüksələn tərəf olub.
İspaniya təmsilçisi “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in (İngiltərə) qonağı olub. Bilbao klubu “Old Trafford”da hesabı açan tərəf olsa da, ikinci hissədə yenə 3 qol vurmuş “qırmızı şeytanlar” əzmkar qələbə ilə finala vəsiqəni təmin ediblər.
Beləliklə, Avroliqanın cari mövsümünün finalında İngiltərənin iki komandası – “Tottenhem”lə “Mançester Yunayetd” üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa Liqasında 2024/2025-ci illər mövsümünün final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.
Turnirin sonuncu qalibi İtaliyanın “Atalanta” komandası olub.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
8 may
“Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) 0:2
Qollar: Dominik Solanke, 63. Pedro Porro, 69.
İlk oyun – 1:3.
“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) 3:1
Qollar: Meyson Maunt, 72. Kazemiro, 80. Rasmus Höylund, 85 – Mikel Xaureqisar, 31.
İlk oyun – 3:0.