RU

Yasa gedən ailə qəzaya düşdü: Xeyli sayda yaralı var

Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi VAZ-2199 markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb./Oxu.az


Telegram kanalımız
Избранный
0
4
yenisabah.az

5Источники