AZ

Yas yerinə gedən ailə yol qəzasına düşdü

Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi "VAZ 21099" markalı avtomobili aşırıb.

Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb./teleqraf
Seçilən
0
4
referans.az

5Mənbələr