RU

Yas yerinə gedən ailə QƏZAYA DÜŞDÜ: Xeyli sayda yaralı var

Qazax rayonunun Birinci Şıxlı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, Gəncədən İkinci Şıxlı kəndində yas yerinə gedən 1953-cü il təvəllüdlü Müqabil Sadıqov idarə etdiyi VAZ-2199 markalı avtomobili aşırıb.
 
Nəticədə özü, həyat yoldaşı 1961-ci il təvəllüdlü Zərövşan Sadıqova, baldızları 1955-ci il təvəllüdlü Safura Priverdiyeva və Zemfira adlı qadın müxtəlif bədən xəsarətləri alıblar.
 
Yaralılar Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri kafidir.
 
Faktla bağlı araşdırma başlanılıb.
Избранный
0
4
moderator.az

5Источники