RU

Sumqayıtda iş yerində ölüm

Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.

Modern.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.

1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Избранный
0
8
modern.az

9Источники