Superliqada sona 4 tur qalmış ''Fənərbaxça'' ilə xal fərqini 8-ə yüksəldən ''Qalatasaray'' üçün yeni hədəf var.
''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhəngi çempionluğu mümkün qədər tez rəsmiləşdirmək və ardınca da ölkə kubokunu qazanmaq niyyətindədi.
Maraqlıdı ki, hər iki turnirdə komandanı ''Trabzonspor''la önəmli qarşılaşmalar gözləyir. İlk duel şənbə günü səfərdə superliqa çərçivəsində baş tutacaq. Cümə günü ''Fənərbaxça'' ''İstanbul BŞ'' ilə oyunda xal itirsə, ''Cim-Bom'' artıq Trabzonda qalib gəlməklə çempionluğu rəsmiləşdirə bilər. Əks bir ssenari olacağı, yəni ''Fənər'' turu 3 xalla tanamlayacağı və ''Qalatasaray'' Trabzonda 1 xalla kifayətlənəcəyi təqdirdə yenə də ''sarı-qırmızılar'' üçün faciəvi bir şey baş verməyəcək. Belədə komanda mayın 18-də evdə ortabab ''Kayserispor''u yenməklə çempionluğu rəsmiləşdirə biləcək.
Türkiyə mətbuatının yazdığına inansaq, fanatlar indidən həmin oyuna çox ciddi hazırlaşır. Tribunalarda çox gözəl şou və görüntülərin yaradılacağı gözlənilir. Amma o qarşılaşmadan öncə hələ kubokun finalı da var.
Mayın 14-də Qaziantepdə ''Qalatasaray'' yenə də ''Trabzonspor''la qarşılaşacaq. Yəni ya mayın 10-14-də, ya da mayın 14-18-də olmaqla ''Qalatasaray'' böyük ehtimalla 5 gün aralığında iki titul qazanacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта