RU

Pelleqrini: “İlk dəqiqələrdən qələbəyə oynayacağıq”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Avropa Liqasının yarımfinalının “Fiorentina” ilə cavab oyunudan gözləntisini açıqlayıb.

Arena.az xatırladır ki, Sevilya təmsilçisi doğma meydanda keçirilmiş ilk oyunda “bənövşələr”i 2:1 hesabı ilə məğlub edib.

Pelleqrini cavab matçından öncə keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandam əla vəziyyətdədir. Biz bu qarşıdurmanı güclü oyunla başa vurmaq istəyirik. Biz burada əla futbol nümayiş etdirə biləcəyimizə əminik. Ən vacibi odur ki, biz meydana elə, ilk dəqiqələrdən qələbə uğrunda döyüşmək üçün çıxacağıq”, – UEFA-nın rəsmi saytı çilili mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, “Fiorentina” – “Betis” oyunu bu gün, mayın 8-də Florensiyanın “Artemio Franki” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
0
arena.az

1Источники