RU

Barmaqlıqlar oğurlandı, sürücülər çətin anlar yaşadı - Video

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində yolda yağış barmaqlıqları yararsız vəziyyətə düşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bunun ölkədə leysan xarakterli yağan yağışlardan sonra olduğu bildirilib. 

Kadrlardan da bəlli olur ki, barmaqlıqların çökməsi avtomobillərin hərəkətinə çətinlik yaradıb. Vətəndaşlardan biri isə yoxa çıxmış barmaqlıqların yerinə ağac qoyaraq, avtomobillərin keçməsinə yardım edib.

Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən dəmir barmaqlıqlar naməlum şəxslər tərəfindən oğurlanıb. Barmaqlılar artıq bəpa olunub.

Sözügedən görüntüləri təqdim edirik: 

Избранный
0
2
qafqazinfo.az

3Источники