Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində yolda yağış barmaqlıqları yararsız vəziyyətə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan da bəlli olur ki, barmaqlıqların yoxa çıxması avtomobillərin hərəkətinə çətinlik yaradıb. Vətəndaşlardan biri isə yoxa çıxmış barmaqlıqların yerinə ağac qoyaraq, avtomobillərin keçməsinə yardım edib.
Suraxanı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən dəmir barmaqlıqlar naməlum şəxslər tərəfindən oğurlanıb. Barmaqlılar artıq bəpa olunub.
***
Polisdən bildirilib ki, dəmir barmaqlıqların oğurlanması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin barmaqlıqların yararsız hala düşərək sıradan çıxması müəyyən olunub. Polis əməkdaşları tərəfindən aidiyyəti qurum məlumatlandırmaqla həmin yerdə olan barmaqlıqlar bərpa olunub.
Sözügedən görüntüləri təqdim edirik:
