RU

Azərbaycan idmançıları uşu üzrə Avropa çempionatında 6 medal qazanıblar

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan idmançıları Yunanıstanın Heraklion şəhərində keçirilən ənənəvi uşu üzrə 8-ci Avropa çempionatında yüksək nəticələr əldə ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeniyetmələrin yarışında Tunar Rüstəmzadə (42 kiloqram) və Azad Hümbətov (52 kiloqram) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ilk pilləsinə qalxıblar.

Gənclərin mübarizəsində Xəyal İbrahimov (52 kiloqram) qızıl, Tunar Kərimli (75 kiloqram) gümüş, Mirhəsən İsmayılzadə (60 kiloqram) isə bürünc medal qazanıblar.

Böyüklər arasında isə Yusif Azadi (52 kiloqram) gümüş mükafata sahib çıxıb.

Избранный
0
2
azertag.az

3Источники