RU

Trampdan nüfuzlu şəxsə ağır təhqir: Axmaq!

ABŞ prezidenti Donald Tramp sosial media hesabında Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli tənqid atəşinə tutub.

Publika.az xəbər verir ki, Tramp faiz dərəcələrinin aşağı salınmasının tərəfdarı olduğu halda, FED sədrinin bunu dəyişməz olaraq saxlaması onu qəzəbləndirib.

"Cerom Pauel heç bir məlumatı olmayan bir axmaqdır. Bunun xaricində mən onu sevirəm! Neft və enerji çox aşağı düşüb. Demək olar ki, bütün xərclər aşağı düşüb, inflyasiya yox səviyyəsindədir”, - deyə ABŞ prezidenti yazıb.

Избранный
0
publika.az

1Источники