Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimi filologiya üzrə fəlsəfə doktoru Leyla Cumayeva Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Dilçilik, ədəbiyyat və dil fəlsəfəsi” mövzusunda 5-ci beynəlxalq konfransda iştirak edir.
AzEdu.az xəbər verir ki, 8-10 may tarixlərində keçirilən konfrans Şanxay Beynəlxalq Tədqiqatlar Universitetində baş tutub. Leyla Cumayeva "Koqnitiv dilçilikdə süni intellekt" (AI in Cognitive Linguistics ) mövzusunda elmi məruzə ilə çıxış edərək bu sahədəki ən son yenilikləri təqdim edib. Məruzə süni intellekt və texnologiyanın dil, diskurs və təhsil sahələrinə olan təsirinə həsr olunub.
Bu iştirak AzMİU-nun beynəlxalq elmi əlaqələrinin genişlənməsi və əməkdaşlarının qlobal elmi platformalarda təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.