EN

AzMİU müəllimi Şanxayda keçirilən beynəlxalq konfransda məruzə deyib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimi filologiya üzrə fəlsəfə doktoru Leyla Cumayeva Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Dilçilik, ədəbiyyat və dil fəlsəfəsi” mövzusunda 5-ci beynəlxalq konfransda iştirak edir.

AzEdu.az xəbər verir ki, 8-10 may tarixlərində keçirilən konfrans Şanxay Beynəlxalq Tədqiqatlar Universitetində baş tutub. Leyla Cumayeva "Koqnitiv dilçilikdə süni intellekt" (AI in Cognitive  Linguistics ) mövzusunda elmi məruzə ilə çıxış edərək bu sahədəki ən son yenilikləri təqdim edib.  Məruzə süni intellekt və texnologiyanın dil, diskurs və təhsil sahələrinə olan  təsirinə həsr olunub.

Bu iştirak AzMİU-nun beynəlxalq elmi əlaqələrinin genişlənməsi və əməkdaşlarının qlobal elmi platformalarda təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Chosen
0
azedu.az

1Sources