RU

“Barselona” – “Real” oyununun baş hakimi açıqlandı

İspaniya La Liqasının XXXV turunda keçiriləcək “Barselona” – “Real” oyununun baş hakimi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşü Alexandro Xose Hernandes idarə edəcək.Bu, 41 yaşlı hakimin karyerasındakı dördüncü “El-Klasiko” olacaq. 

“Barselona” – “Real” matçı mayın 11-də, Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Hazırda Kataloniya təmsilçisi 79 xalla turnir cədvəlinə birinci, 75 xala malik “Kral klubu” ikinci pillədə yer alıb.

Избранный
0
4
idmanxeber.az

5Источники