RU

Azərbaycan və Vyetnam arasında əməkdaşlığın müxtəlif sahələrdə gələcək inkişafı məsələləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovölkəmizdə dövlət səfərində olan Vyetnam Kommunist PartiyasınınMərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, görüş əsnasında Əli Əsədov səfər çərçivəsindəAzərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lamarasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Budanışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edənimzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənindövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlikifadə olunub.

Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim vəzəngin ənənələrə malikdir.

Qarşılıqlı münasibətləri əsası Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyev və Vyetnamın birinci Prezidenti Ho Şi Mintərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycanagəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalqarasında dostluğun başlanğıcını qoyub.

Xüsusi olaraq qeyd edilib ki, məhz Heydər Əliyevin səfərindənsonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardımgöstərib, minlərlə azərbaycanlı mütəxəssis isə ölkənininfrastrukturunun və neft sənayesinin postmüharibə dövründəbərpasına kömək etmək üçün Vyetnama göndərilib.

Vurğulanıb ki, sovet dövründə 5 minə yaxın vyetnamlıAzərbaycanda təhsil alıb.

To Lamın səfəri zamanı Azərbaycan Dövlət Neft və SənayeUniversitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstününaçılışının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqlarıirsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluqəlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayişetdirir.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildəVyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslananəməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm dəçoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəliəməkdaşlıqdan məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyasıarasında dialoqun və səmərəli qarşılıqlı fəaliyyətin səviyyəsiyüksək qiymətləndirilib. Qeyd olunub ki, hakim partiyalar həmişədostluq əlaqələri saxlayıb və iki ölkə arasında qarşılıqlı etimadınmöhkəmləndirilməsində mühüm rol oynayıblar.

Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlifsahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz,mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafıməsələləri müzakirə olunub.

Azərbaycan və Vyetnam hökumətlərarası birgə komissiyasınınnövbəti iclasının Hanoyda keçirilməsi haqda razılıq əldəolundu.

Vyetnam Kommunist partiyasının Baş katibi To Lam Vyetnam Başnazirinin adından Azərbaycan Respublikasının Baş naziri Əli ƏsədovuVyetnama səfərə dəvət etdi.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
0
20
az.trend.az

10Источники