RU

PSJ azarkeşlərinin dəstəsinə avtomobil çırpıldı

Artıq məlum olduğu kimi, Fransa nəhəngi PSJ cari mövsümün Çempionlar Liqasının finalına vəsiqəsini təmin edib.

Arena.az məlumat verir ki, yarışın yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “topçular”ı Londonda 1:0 hesabı ilə məğlub edə bilmiş Fransa nəhəngi, Parisdəki cavab oyununda 2:1 hesablı qələbə sayəsində mötəbər yarışın finalına adlayıb.

“RMC Sport” dərgisinin məlumatına görə, görüş ərəfəsində Parisdə xoşagəlməz hadisə yaşanıb.

Hələ oyun başlamamışdan əvvəl Fransa nəhənginin azarkeşləri oyunun keçirildiyi “Park de Prens” stadionunun girişləri qarşısında şuluqluq salıblar. PSJ-nin ifrat tərəfdarlar dəstəsi – “ultras” fişənglər partladıblar və tüstü bombaları alışdırıblar. Bu dəstə dəlisov davranışı ilə “topçular”ın azarkeşlərini təhrik etməyə çalışb. Mühafizə dəstəsi qarşıdurmanı önləyib.

“Le Parisien” dərgisinin məlumatına görə isə, oyundan sonra, PSJ-nin finala çıxmasını canfəşanlıqla qeyd edən parisli azarkeşlər dəstəsinə avtomobil girib, adamları əzib, aradan çıxıb. Bayram qara gəlib – bir neçə nəfər əzik-üzük olub, üç nəfər isə ciddi xəsarət alıb. İki nəfər canlarını nisbətən yüngül xəsarətlərlə qurtarsalar da, bir nəfər son dərəcədə ağır xəsarət alıb, zərərçəkmişi xərəkdə təcili surətdə xəstəxanaya təxliyə etmək gərək olub.

Hadisədən dərhal sonra onlarla azarkeş avtomobilin arxasınca yüyürüblər, amma çata bilməyiblər. Bir qədər sonra avtomobil yandırılmış halda hadisə yerindən nisbi uzaqlıqda tapılıb. Avtomobildəki şəxlərin kimliyi, onların ələ keçirilməsi və bu cinayəti törətməkdə hansı məqsədi güddükləri və yaxud bunun bir qəza olduğu haqda hələ məlumat yoxdur. Hadisə hüquq-mühafizə orqanlarının nəzarətindədir.

Xatırladaq ki, finala yüksəlmiş PSJ həlledici oyunda İtaliya nəhəngi “İnter”ə rəqib olub. Çempionlar Liqasının cari mövsümünün “İnter” – PSJ finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq.

Избранный
0
50
arena.az

10Источники