RU

Luis Enrike: “Mikel Artetanın qənaəti ilə razı deyiləm”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, ilk oyun çərçivəsində “topçular”ı Londonda 1:0 hesabı ilə məğlub edə bilmiş Fransa nəhəngi, Parisdəki oyunda 2:1 hesablı qələbəyə sevinib.

Luis Enrike qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İndi duyğularımız aşıb-daşır! “Arsenal” çox təşkilatlanmış surətdə fəaliyyət göstərirdi, bizə müdafiəyə köklənmək gərək oldu, baxmayaraq ki, əks-hücum imkanına malik idik. Heç də asan deyildi. Oyun bizim ümid etdiyimiz kimi inkişaf etmirdi. Bizə, yeni həllər aramaq və əlavə səylər göstərmək lazım gəldi ki, vəziyyəti dəyişə bilək. Vaxtaşırı bu, ağır başa gəlirdi, amma buna rəğmən, bir neçə aşkar qol fürsətimiz oldu.

Oyunun birinci hissəsinə baxmaq xoşagəlməz idi: biz əminlik qazanmağa çalışırdıq, komanda hər şeyin gərəkli surətdə getmədiyini hiss edəndə isə, adətən, əl-qolunu ümidsizcəsinə sallamağa “şirniklənir”. Amma məhz müvafiq məqamlarda müqavimət göstərmək və daha güc-qüvvətlə təpki göstərmək gərəkdir. İlk 45 dəqiqədə bizə xüsusilə çətin idi, biz əzab-əziyyət çəkirdik.

Mən Mikel Arteta ilə tamamilə razı deyiləm. Mikel Arteta – mənim çox yaxşı dostumdur, amma mən onun fikrini tamamilə bölüşmürəm. Mənə elə gəlir ki, onlar məhz nəzərdə tutduqları kimi oynadılar, məhz o üslubda ki onlara xoş gəlir. Ancaq iki oyun ərzində biz daha çox qol vurmuşuq, bu isə futbolda ən vacibidir. Buna rəğmən, qeyd etmək gərəkdir ki, “Arsenal” əla futbol nümayiş etdirdi, bizə xeyli cəhd etmək gərək oldu. Düşünürəm ki, bu, bizim üçün ən çətin oyun idi. Amma hesab edirəm ki, biz finala düşməyə layiq idik. Onlar da güclü komandadır, amma cütün nəticəsinə əsasən, biz daha çox qol vurmuşuq və layiqli surətdə mərhələni adladıq”, deyə Luis Enrike bildirib.

Beləliklə, finala yüksəlmiş PSJ həlledici oyunda İtaliya nəhəngi “İnter”ə rəqib olub. Çempionlar Liqasının cari mövsümünün “İnter” – PSJ finalı mayın 31-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq. “Topçular” isə “həmişə olduğu kimi” hər şeyi yenidən başlamalı olacaqlar.

Избранный
0
arena.az

1Источники