RU

Qarabağdakı sənaye parklarının rezidentlərinə 8 milyon manata yaxın azadolma tətbiq olunub

Bu il mayın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və xammala görə 142 təsdiqedici sənəd verilib, nəticədə 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın olan 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onlar 4 mindənartıq daimi iş yeri yaratmağı planlaşdırırlar. Artıq bu sənaye parklarında görülmüş işlərə 136 milyon manatdan çox investisiya yatırılıb, 700 nəfərdən artıq daimi iş yeri yaradılıb.

Избранный
0
7
sia.az

9Источники