RU

ABB ötən il üzrə səhmdarlarına 200 mln. manat dividend ödəyəcək

Azərbaycan Beynəlxalq Bankı ötən il üzrə səhmdarlarına 200 milyon manat dividend ödəyəcək.

Bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

    O bildirib ki, bununla bağlı qərar mayın 7-də bankın səhmdarlarının ümumi yığıncağında verilib.

    Sözügedən dividendin 184 milyon manatı əsas səhmdar olan dövlət büdcəsinə, qalan hissəsi isə Milli Depozit Mərkəzi vasitəsilə 30 mindən çox səhmdara ödəniləcək.

    O əlavə edib ki, ABB ümumilikdə son illər büdcəyə 1,6 mlrd. manat vəsait ödəyib. Bunun 1 mlrd. 40 mln. manatı dividend ödənişidir.

    APA

    Избранный
    0
    4
    banco.az

    6Источники