AZ

ABB ötən il üzrə səhmdarlarına 200 mln. manat dividend ödəyəcək

Azərbaycan Beynəlxalq Bankı ötən il üzrə səhmdarlarına 200 milyon manat dividend ödəyəcək.

APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, bununla bağlı qərar mayın 7-də bankın səhmdarlarının ümumi yığıncağında verilib.

Sözügedən dividendin 184 milyon manatı əsas səhmdar olan dövlət büdcəsinə, qalan hissəsi isə 30 mindən çox səhmdara ödənilib.

O əlavə edib ki, ABB ümumilikdə son illər büdcəyə 1,6 mlrd. manat vəsait ödəyib. Bunun 1 mlrd. 40 mln. manatı dividend ödənişidir.

Seçilən
0
4
apa.az

6Mənbələr