“Barselona”nın 17 yaşlı gənc ulduzu Lamin Yamal instagram səhifəsində paylaşım edib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, “Barsa” azarkeşlərinə həsrətində olduqları kuboku bir gün Kataloniyaya gətirəcəyinə söz verib.
“Bu klubu layiq olduğu yerə - ən yüksək səviyyəyə çatdırana qədər dayanmayacağıq. Sözümü yerinə yetirəcəyəm və o kuboku “Barselona”ya gətirəcəyəm”.
Xatırladaq ki, klub yayda futbolçu ilə müqaviləni 2030-cu ilədək yeniləmək fikrindədir.
Cavid Tağızadə
BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi
Bakıvaxtı.az