RU

Azərbaycanlı rejissorların filmi beynəlxalq festivalda - Foto

Türkiyənin İzmir şəhərində 2-ci Turan Beynəlxalq Film festivalı baş tutub.

Kult.az xəbər verir ki, bu barədə Turan Film Festivalı İnstaqram səhifəsində məlumat yayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 azərbaycanlı rejissorun - Sevinc Mahmudovanın “Fenomen”, Nicat Qulamın “Father’s Right”, Ruslan İbrahimlinin “Humay”, Fərid Kərimin “Long Road”, Elmar Bayramovun “Breath”, Rəna Əhmədovanın “The Silent Land”, Ərturan Nəcəfi Qolun “Novruz”, Fəxriyyə Xələfovanın “Xan qızı”, İnci Qurbanın “The Green”, Kövsər Qurbanın “My Unquenchable Cresscent”, Məzahir Həşimovun “Sizə məktub var” filmləri də yer alıb.

“Qızıl alma” mövzusu ilə təşkil olunan festival türk dünyasının kino sahəsində zənginliyini və mədəni əlaqələrini nümayiş etdirmək üçün baş tutub.

Избранный
0
axar.az

1Источники