Hindistan Pakistanla münaqişəni gərginləşdirməyi planlaşdırmır.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Biz vəziyyəti pisləşdirmək niyyətində deyilik. Hindistanın məqsədi münaqişənin diplomatik yollarla həllinə nail olmaqdır”,- açıqlamada deyilir.